Şablon yanaşmasından uzaqlaşaraq, sizin biznes modelinizin və məqsədlərinizə uyğun fərdi rəqəmsal strategiyalar hazırlayıram. Hər bir müəssisənin ehtiyacları fərqli olduğu üçün, təklif etdiyim həllər (vebsayt, CRM və ya avtomatlaşdırma) tamamilə unikaldır və xüsusi olaraq sizin üçün qurulur.
Layihənin müvəffəqiyyətinin və müştəri məmnuniyyətinin önəmini başa düşürəm. İş prosesində şəffaflığı və nəticəyə yönəlmiş yanaşmanı əsas götürürəm. Biziniz kimi məsuliyyətli davranaraq, razılaşdırılan vaxt çərçivəsində və yüksək keyfiyyətlə xidmət göstərməyi prioritetim edirəm.
Texnologiyalar və bazar trendləri daim dəyişir. Sizin rəqəmsal infrastrukturunuzun isə daim yenilənməlidir. Layihələrimi uzunmüddətli perspektivdə qurur, sistemlərinizin gələcəkdə də səmərəli şəkildə işləməsi və genişlənməsi üçün daim dəstək və təkmilləşdirmə təklif edirəm.
Korporativ standartlara uyğun, sürətli və təhlükəsiz veb saytlar.
Google-da yüksək nəticələr və orqanik trafik artımı.
Biznes etibarlılığınız üçün peşəkar rabitə alətləri.
Ziyarətçiləri satın almağa çevirən satış sistemləri.
Müştəri münasibətləri və satış kanallarının vahid idarə olunması.
7/24 avtomatik müştəri xidməti və lead qazanımı.
Təkrar olunan proseslərin avtomatlaşdırılması və vaxt qazanılması.
Yerli axtarışlarda markanızın tanınması.
Müştəri nümayəndələri və menecerlər vasitəsilə deyil, birbaşa CEO ilə dialoq qururam. Bu, informasiya itkisinin qarşısını alır və ehtiyaclarınızın dəqiq anlaşıılmasını təmin edir.
Agentliklərin çətin strukturundan fərqli olaraq, mən adaptivəm. Sənədləşmə və iclaslara sərf edilən vaxtı minimuma endirib, layihənin texniki hissəsinə və nəticəyə fokiklaşıram.
"Keyfiyyət nəzarəti" departamenti deyil, mən özüm hər bir pixeli və sətri yoxlayıram. Sizin uğurunuz mənim şəxsi portfolumdur, buna görə də hər layihəyə maksimum məsuliyyətlə yanaşıram.
WordPress, korporativ saytlar üçün ən populyar və etibarlı platformadır. O, sadə idarə olunması, geniş plugin və tema seçimi ilə seçilir. Bu platforma sayəsində saytınızı gələcəkdə asanlıqla genişləndirə, CRM sistemləri ilə inteqrasiya edə və SEO optimallaşdırması ilə axtarış motorlarında (Google) yüksək nəticələr əldə edə bilərsiniz.
Agentliklərdən fərqli olaraq, mən birbaşa sahibkarlarla (CEO) əlaqə saxlayıram. Bu, kommunikasiya sürətini artırır, bürokratiyanı aradan qaldırır və qərarların dərhal qəbul edilməsinə şərait yaradır. Eyni zamanda, fərdi yanaışma sayəsində layihəyə məsuliyyət tam mənim üzərimə düşür və keyfiyyətə daha diqqət yetirilir.
Hər layihənin dəyəri biznesin tələblərindən və funksionallığından asılıdır. Sadə korporativ saytlardan tutmuş, e-ticarət və ya CRM ilə tam inteqrasiya olunmuş mürəkkəb sistemlərə qədər müxtəlif paketlər təklif edirəm. Təklif hazırlamaq üçün əvvəlcə biznesinizin ehtiyaclarını müzakirə etməliyik.
Yerli SEO üçün əsas şərt Google Business Profile (köhnə adı ilə Google My Business) səhifəsinin düzgün qurulması və saytın texniki optimallaşdırılmasıdır. Mən həm Google xəritəsində profilinizi optimallaşdırır, həm də saytın strukturunu Bakıdakı hədəf auditoriyanı tapmaq üçün nizama salıram.
CRM (Müştəri İdarəetmə Sistemi) müştəri məlumatlarının, satış kanallarının və əməliyyatların mərkəzləşdirilməsi üçündür. Sistem quraşdırılarsa, şirkətiniz satış proseslərini avtomatlaşdıra, məlumat itkisinin qarşısını ala və müştəri xidməti keyfiyyətini xeyli yüksəldə bilər. Bu, xüsusilə Bakıdakı korporativ müştərilərlə işləyən şirkətlər üçün vacibdir.